Saatlıq əməkhaqqı sistemi: Az saat işləyənlərin maaşı necə OLACAQ?
10 Noyabr 2026, 14:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
959
11.10.2021, 22:56
Çin Xalq Respublikasının Benbu şəhərindəki "Qədim məskənlər" mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan "Azərbaycan mədəniyyətinə pəncərə" adlı pavilyon fəaliyyətə başlayıb. Qeyd edək ki, parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur.
"I love Baku" stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə Azərbaycan mədəniyyətinə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu tədbirlərə aid videoçarxlar nümayiş olunur.
Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan "Qədim məskənlər" mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.
Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin rəhbər şəxləri, Çindəki diplomatik korpusun təmsilçiləri "Qədim məskənlər" pakında açılan Azərbaycan pavilyonunda olub.
Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış "Qədim məskənlər" mədəniyyət parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yeri olan məbədlərin oxşarı da daxil olmaqla ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib. Parkın ərazisində təxminən 10 min nadir ağac növləri əkilib. Anhuy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi "Qədim məskənlər" parkı tarixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavilyonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların mədəniyyəti də təqdim olunacaq.
14:48 / 10 Noyabr 2026
31
14:23 / 10 Noyabr 2026
131
14:20 / 10 Noyabr 2026
354
14:09 / 10 Noyabr 2026
117
14:00 / 10 Noyabr 2026
567
13:44 / 10 Noyabr 2026
93
13:38 / 10 Noyabr 2026
314
13:26 / 10 Noyabr 2026
1180
13:24 / 10 Noyabr 2026
115
13:20 / 10 Noyabr 2026
290
13:05 / 10 Noyabr 2026
150
13:00 / 10 Noyabr 2026
122
12:37 / 10 Noyabr 2026
431
12:31 / 10 Noyabr 2026
118
12:21 / 10 Noyabr 2026
514
12:18 / 10 Noyabr 2026
142
12:04 / 10 Noyabr 2026
149
12:00 / 10 Noyabr 2026
322
11:45 / 10 Noyabr 2026
2521
11:42 / 10 Noyabr 2026
113
11:39 / 10 Noyabr 2026
132
11:28 / 10 Noyabr 2026
133
11:16 / 10 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.