Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
10 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
900
11.10.2021, 22:33
Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından bir il ötür
Keçən il oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.
Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri balaca Bəxtiyarla görüşüb, o dəhşətli günləri onun ailəsinin, özünün dilindən bir daha dinləyib.
Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli hər gün gəlib evlərinin dağıntılarını seyr edir. Yanmış, sınmış oyuncaqlarını, qonşularını, balaca dostlarını axtarır...
"Evimizə bomba düşəndə qorxmadım. Heç kişi də qorxar? Bacımın yanına getdim. Dedim ki, ay Şəhla, qorxma mən yanındayam. Onun qorxudan ayaqları tutulmuşdu, iki gün yeriyə bilmədi. Ermənilər bizim evimizi dağıdıb, onlara nifrət edirəm", - deyə erməni terrorunun 6 yaşlı şahidi həmin günləri xatırlayır.
Bəxtiyarın anası Lalə Heydərova həmin günlər barədə həyəcansız danışa bilmir: "Ayın 4-ü, 5-i, 8-i atılan bütün raket zərbələrini görmüşdük. Oktyabrın 11-i idi. Hamımız yatmışdıq. Qəfil gurultu səsinə oyandıq, yer-göy titrədi. Gözümüzü açanda dağıntılar içində idik. Tez telefonun işığını yandırdım. Elə anda, öz evində belə nəyin harada olduğunu unudursan. Evimiz tanınmaz vəziyyətdə idi. İşığı uşaqların üzərinə salanda gördüm ki, hər şey onların üstünə yıxılıb. Qızımın ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Bəxtiyarın üzü-gözü qan içində idi. Lakin bu vəziyyətdə bacısını qucaqlayıb deyirdi ki, "Şəhla, qorxma mən sənin yanındayam".
Lalə Heydərova deyir ki, ailəsi təcili tibb yardım və xilasetmə qruplarının köməyi ilə dağıntılar arasından çıxarılıb.
"Bəxtiyarın təcili yardım maşınında gülümsəməsi mənə sanki təpər verdi. Həmin vaxt oğlumdan güc aldım. Bütün dünya onun timsalında xalqımızın əyilməzliyini, mərdliyini gördü. Azərbaycan əsgəri bu qisası yerdə qoymadı, torpaqlarımızı yağı düşməndən azad etdi. Yaşasın ordumuz, yaşasın Prezidentimiz",- deyə Bəxtiyarın anası bildirib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş "Scud" ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanlar həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda, 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.
14:58 / 10 Noyabr 2026
30
14:55 / 10 Noyabr 2026
34
14:48 / 10 Noyabr 2026
59
14:23 / 10 Noyabr 2026
155
14:20 / 10 Noyabr 2026
436
14:09 / 10 Noyabr 2026
127
14:00 / 10 Noyabr 2026
620
13:44 / 10 Noyabr 2026
96
13:38 / 10 Noyabr 2026
325
13:26 / 10 Noyabr 2026
1238
13:24 / 10 Noyabr 2026
118
13:20 / 10 Noyabr 2026
300
13:05 / 10 Noyabr 2026
153
13:00 / 10 Noyabr 2026
123
12:37 / 10 Noyabr 2026
454
12:31 / 10 Noyabr 2026
121
12:21 / 10 Noyabr 2026
521
12:18 / 10 Noyabr 2026
143
12:04 / 10 Noyabr 2026
149
12:00 / 10 Noyabr 2026
326
11:45 / 10 Noyabr 2026
2588
11:42 / 10 Noyabr 2026
114
11:39 / 10 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.