Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var +HADİSƏ YERİNDƏN FOTO

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var +HADİSƏ YERİNDƏN FOTO

CƏMİYYƏT

2085

10.10.2021, 08:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Oxu24.com -un  məlumatına görə, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)