Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlikdən əhaliyə xəbərdarlıq - Təhlükəli təbiət hadisəsi olacaq

2018-10/1539011749_dasqin-2.jpg

CƏMİYYƏT

969

08.10.2018, 19:14

\"\" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.
Qurumdan Oxu24.com-a verilən məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.