Bakı ilə Ankara arasında 15 milyard MƏBLƏĞİ — EKSPERT TƏHLİLİ
10 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3168
02.10.2021, 10:33
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.
Oxu24.com-un Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbərinə görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.
Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.
Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:39 / 10 Noyabr 2026
10
18:26 / 10 Noyabr 2026
38
18:25 / 10 Noyabr 2026
52
18:19 / 10 Noyabr 2026
60
18:17 / 10 Noyabr 2026
56
18:04 / 10 Noyabr 2026
79
18:02 / 10 Noyabr 2026
566
17:54 / 10 Noyabr 2026
92
17:42 / 10 Noyabr 2026
95
17:35 / 10 Noyabr 2026
88
17:16 / 10 Noyabr 2026
329
17:10 / 10 Noyabr 2026
122
17:06 / 10 Noyabr 2026
199
16:55 / 10 Noyabr 2026
616
16:47 / 10 Noyabr 2026
103
16:41 / 10 Noyabr 2026
99
16:35 / 10 Noyabr 2026
167
16:21 / 10 Noyabr 2026
171
16:12 / 10 Noyabr 2026
286
15:58 / 10 Noyabr 2026
134
15:44 / 10 Noyabr 2026
242
15:34 / 10 Noyabr 2026
386
15:31 / 10 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.