Qaynar xətt:

(+99450) 247 90 86

Van gölünün suyu koronavirusa qarşı

Van gölünün suyu koronavirusa qarşı

CƏMİYYƏT

482

01.10.2021, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə ərazisində yerləşən Van gölü mineralların çoxluğu və bir çox dəri xəstəliyi üçün faydalı olması səbəbindən alimlərin araşdırma mövzusudur.

Türkiyəli professor Harun Cansız araşdırmaları nəticəsində Van gölünün qazlı suyunun koronavirusa qarşı istifadə edilə biləcəyi qənaətinə gəlib.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, o, 60 koronavirus xəstəsi üzərində araşdırma aparıb.

Professor xəstələrdən 30-da gölün suyundan götürdüyü nümunədən hazırladığı spreyi sınaqdan keçirib.

Sprey istifadə edən xəsətlərdə virus yükünün azaldığı məlum olub. pH dəyəri 9,3 olan Van gölünün suyu ilə hazırlanan sprey xəstəliyin asan keçməsinə şərait yaradıb.