Bakı ilə Ankara arasında 15 milyard MƏBLƏĞİ — EKSPERT TƏHLİLİ
10 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
986
01.10.2021, 00:06
Bəzən insan həyatında elə hadisələr baş verir ki, bəziləri onu bəla adlandırır. Misal üçün qab sındırır, maşını vurur, paltarı cırılır. Bəziləri bu fikirdədirlər ki, bu kiçik hadisələr böyük bəlaların gəlməsinə mane olur. Görəsən belədirmi?
Quran ayələri və hədislər bizə deyir ki, bəlalar və baş verən hadisələr Allah Təalanın bizə diqqət etdiyinin nişanəsidir. Nəql edirlər ki, bir nəfər Peyğəmbəri (s) evinə qonaq dəvət edir və Həzrət gələndən sonra bir toyuq divarın üstündə yumurtlayır. Həmin yumurta mıxın üstünə düşür və nə sınır və nə də yerə düşür. Peyğəmbər (s) bu mənzərəni görüb təəccüblənir. Ev sahibi Həzrətin (s) təəccübünün səbəbini soruşur və deyir: "Allaha and olsun ki, indiyə qədər mənə bir bəla çatmamışdır". Həzrət Peyğəmbər (s) ayağa qalxır və yeməyi yeməyib buyurur: "O kəs ki, bəla görməz, Allahın ona ehtiyacı olmaz". (Ona lütf və diqqət etməz).
Bəs necə olur ki, bəzi əməllər böyük və daha acı bəlaların qarşısını ala bilir? Bunlara diqqət edək.
1. Dua.
Yaxşı olar ki, bəla gəlməzdən əvvəl dua edərək onun qarşısını alaq. İmam Əli (ə) buyurur: "Bəla dalğası gəlməmişdən əvvəl, onu dua ilə dəf edin".
İmam (ə) yenə buyurur: "Həqiqətən dua və bəla Qiyamətə qədər bir-biri ilə dostdur. Dua möhkəm bəlaları qaytarar".
İmam Səccad (ə) buyurur: "Dua - nazil olan və olmayan bəlaları dəf edər".
2. Sədəqə.
İslamın nəzərinə görə sədəqə vermək hər cür xeyir işə, başqalarına yardım etmək və xidmət etməyə şamil olur. Ola bilsin ki, ailəmizə və ya şəhərimizə bir bəla nazil olsun, ancaq biz sədəqə verərək onu dəyişdirə bilərik. Sədəqə bəlanı dəf edər və ömrü uzadar. Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə bəlanı dəf edər və ən təsirli dərmandır. Həmçinin qəti qəzaları qaytarar. Xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz".
İmam Baqir (ə) buyurur: "Xeyir iş və sədəqə yoxsulluğu aradan aparar, ömrü uzadar və öz sahibindən 70 pis ölümü uzaqlaşdırar".
İmam Sadiq (ə) nəql edir ki, bir gün yəhudi bir kişi Peyğəmbərin (s) yanından keçir və deyir: "Əssəlamu əleykə, ölüm olsun sənə!". Həzrət Peyğəmbər (s) buyurur: "Əssəlamu əleykə, ölüm sənə olsun!". Səhabələri deyirlər: "Ya Rəsulallah! Bu yəhudi kişi sizə ölüm arzuladı". Həzrət (s) buyurdu: "Mən də onun kimisini özünə qaytardım. Bu gün onu ilan çalacaqdır və öləcəkdir". Yəhudi kişi odun toplayan idi. Səhraya gedib odun toplayır və geri qayıdır. Peyğəmbər (s) onu görür və təəccüblənir. Buyurur: "Odunu yerə qoy!". O zaman ki, kişi odunu yerə qoyur və onların arasından bir ilan çıxır. Lakin bir odun parşası dişində ilişib qalmışdı. Həzrət buyurur: "Bu gün nə etmisən?". Yəhudi deyir: "İki parça çörəyim var idi, birini yoxsula verdim və o birisini də özüm yedim". Həzrət (s) buyurdu: "Allah bu sədəqə ilə bəlanı səndən dəf etdi və çubuq ilanın ağzında ilişib qalıb". Sonra buyurdu: "Sədəqə pis ölümü dəf edər".
3. Sileyi-rəhm.
Sileyi-rəhm ömrü uzadar, ölümü dəf edər, ruzinin artmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin. Özünüzü Allahın məhbubu edin".
Həzrət (ə) yenə buyurur: "Sileyi-rəhm evləri abad, ömrü uzun və Qiyamət hesabını asan edər. Pis və vaxtsız ölümü uzaqlaşdırar".
4. Valideynə yaxşılıq etmək.
İmam Baqir (ə) buyurur: "Gizli sədəqə Allahın qəhr atəşini söndürər. Valideynə yaxşılıq etmək və sileyi-rəhm ömrü uzadar".
İmam (ə) yenə buyurur: "Ata və anaya gizli bəxşiş etmək və yaxşılıq etmək yoxsulluğu aradan aparar, ömrü uzadar və 70 pis ölümü uzaqlaşdırar".
5. İstiğfar.
Qurani-Kərimdə buyurulur: "Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir". ("Ənfal" 33).
6. Təvəssül.
İnsanlar İlahi qürbə çatmaq üçün vasitəyə ehtiyac duyarlar. Ən yaxşı vasitə isə Əhli-beytdir (ə). Din alimlərinin həyatında nə zaman çətinlik yaransa, onlara təvəssül edər və müşküllərini bu yolla həll edərlər. Həzrət Adəmin (ə) tövbəsi Ali-Əbaya təvəssül edərək olmuşdu ki, qəbul olundu.
Beləliklə deyə bilərik ki, bəla - Allahın bizə olan diqqətidir ki, biz sədəqə, dua, sileyi-rəhm, təvəssül, istiğfar və valideynə yaxşılıq etməklə onu dəf edək. Bu yolla Allaha yaxınlaşaq və Ondan qafil olmayaq.
18:39 / 10 Noyabr 2026
59
18:26 / 10 Noyabr 2026
88
18:25 / 10 Noyabr 2026
99
18:19 / 10 Noyabr 2026
85
18:17 / 10 Noyabr 2026
71
18:04 / 10 Noyabr 2026
92
18:02 / 10 Noyabr 2026
766
17:54 / 10 Noyabr 2026
101
17:42 / 10 Noyabr 2026
108
17:35 / 10 Noyabr 2026
97
17:16 / 10 Noyabr 2026
356
17:10 / 10 Noyabr 2026
132
17:06 / 10 Noyabr 2026
214
16:55 / 10 Noyabr 2026
702
16:47 / 10 Noyabr 2026
108
16:41 / 10 Noyabr 2026
103
16:35 / 10 Noyabr 2026
182
16:21 / 10 Noyabr 2026
178
16:12 / 10 Noyabr 2026
303
15:58 / 10 Noyabr 2026
136
15:44 / 10 Noyabr 2026
247
15:34 / 10 Noyabr 2026
401
15:31 / 10 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.