General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1786
30.09.2021, 09:36
Bakı metrosunun həftəsonları üçün iş rejimi açıqlanıb.
Oxu24.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.
"Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib ki, qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub:
“Digər günlərdə olduğu kimi istirahət günlərində də səhər saat 06.00 dan gecə saat 24.00 qədər stansiyalarımızın qapıları sərnişinlərimizin qəbulu üçün açıqdır. Bu səbəbdən qatarlararası interval Qırmızı xəttin “28 May-Həzi Aslanov sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq”.
Bəs metroya daxil olarkən COVID pasportu tələb olunacaqmı? Metro rəsmisi deyir ki, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəssisələrində bu sənədin yoxlanılması səbəbindən metropolitendə COVID pasportunun yoxlanılmasına ehtiyac qalmır:
"Bildiyiniz kimi, bu gündən etibarən həm ali təhsil müəssisələrində, həm də orta məktəblərdə tələbələr və şagirdlər fəaliyyətə başlayıblar. Bununla bağlı sərnişin axınında bu gün nisbətən artım müşahidə olunur. Sərnişinlərdən xahiş olunur ki, stansiyalara daxil olarkən tibbi maskalardan istifadə etsinlər, platforma boyunca səpələnməyə riayət etsinlər, digər sərnişinlərə narahatçılıq yaranmasın deyə, qatarların qapılarını saxlamasınlar".
Qeyd olunub ki, pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq.
18:58 / 10 Noyabr 2026
15
18:56 / 10 Noyabr 2026
37
18:39 / 10 Noyabr 2026
78
18:26 / 10 Noyabr 2026
110
18:25 / 10 Noyabr 2026
110
18:19 / 10 Noyabr 2026
99
18:17 / 10 Noyabr 2026
82
18:04 / 10 Noyabr 2026
96
18:02 / 10 Noyabr 2026
889
17:54 / 10 Noyabr 2026
107
17:42 / 10 Noyabr 2026
116
17:35 / 10 Noyabr 2026
98
17:16 / 10 Noyabr 2026
373
17:10 / 10 Noyabr 2026
140
17:06 / 10 Noyabr 2026
218
16:55 / 10 Noyabr 2026
746
16:47 / 10 Noyabr 2026
112
16:41 / 10 Noyabr 2026
106
16:35 / 10 Noyabr 2026
191
16:21 / 10 Noyabr 2026
188
16:12 / 10 Noyabr 2026
317
15:58 / 10 Noyabr 2026
138
15:44 / 10 Noyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.