Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5874
az

"Azərsu” əhaliyə çirkli su içirdir - Palata gizlinləri açdı

17:3906 Oktyabr, 2018
975
CƏMİYYƏT
  • A
 
Hesabalama Palatası Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə vəsaitlərdən istifadənin auditinin nəticələri barədə hesabatını açıqlayıb.
Hesablama Palatasından Femida.az-a verilən məlumatda bildirilir ki, audit 2015-2017-ci illərdə layihə üzrə kredit və maliyyələşdirmə sazişlərinə dair institusional məsələlərin tənzimlənməsi, layihənin icrasına ayrılan kreditlər və dövlət büdcəsi vəsaitlərinin həcmi, strukturu və təyinatı, layihə üzrə satınalmaların və maliyyə əməliyyatlarının aparılmasının müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsi, layihənin inkişaf məqsədləri və komponentləri üzrə nəticə göstəriciləri (hədəflər), monitorinq və qiymətləndirməsi məsələlərini əhatə edib.

Auditlə müəyyən olunub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu" ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmləşdirilməyib, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilib.

Layihə çərçivəsində maliyyə əməliyyatları Layihənin Əməliyyat Təlimatına uyğun aparılsa da, Azərbaycan tərəfinin payı olaraq dövlət büdcəsindən müvafiq illər üzrə ayrılmış vəsaitlərin xərclənməsinə dair maliyyə planları tərtib edilməmiş, layihənin davamlılığına aid qərar qəbul etmək, eləcə də gələcək sublayihələrin və digər layihələrin, bütövlükdə sektorun fəaliyyətinin yaxşılaşdırılmasına töhfə verə biləcək təcrübələri müəyyən etmək məqsədi ilə Layihənin dövri qiymətləndirilməsi və inkişaf səmərəliliyinə dair Hesabatların (təhlillərin) tərtib edilməməsi Layihə məqsədlərinin və davamlılığın uyğunluğunun yerinə yetirilmə dərəcəsini müəyyən etməkdə çətinlik yaradıb. Layihənin əhəmiyyətliliyini və məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsinin Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmamış, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13%-17% təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub.

Dünya Bankının Missiyasının yaddaş qeydlərində bir sıra podratçıların işlərinin tamamlanmasına və sınaq dövrünün keçməsinə baxmayaraq “Azərsu” ASC ilə təhvil-təslim işlərinin rəsmiləşməməsi, görülmüş işlərin davamlılığına və keyfiyyətinə təsir imkanları riskini artırmış olması və Layihə çərçivəsində bu kimi halların davam etməsi içməli suyun xlorlanması üzrə yeni qurğuların bəzi rayonlarda fəaliyyət göstərməməsi, içməli suyun su sisteminə təmizlənməmiş ötürülməsi, bir sıra həyət evlərinin əksəriyyətinin yeni kanalizasiya quyularına qoşulmaması, rayonlarda yağış sularının müvafiq idarəçiliyinin olmaması, yağış sularının kanalizasiya sisteminə axıdılmasının yeni qurğuların istismarına mane olması, torpaq ayırma işlərinin tam rəsmiləşməməsi, layihənin əhatə etdiyi rayonlar üzrə kadastr planlarının hazırlanmaması və s. bu kimi halların ifadə olunması iri maliyyə tutumlu “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsində nəzərdə tutulmuş məqsədlərə, inkişaf səmərəliliyinə, davamlılığa, həmçinin keyfiyyət, etibarlılıq və dayanıqlılıq kimi əsas göstəricilərə təsir edən amillər kimi qiymətləndirilə bilər.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, müəyyən olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərilib.

Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ