Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana ilk qar yağdı - FOTO

2018-10/1538803886_1d4fe9dd-5a70-4503-882d-3dfd0b9cd371.jpg

CƏMİYYƏT

933

06.10.2018, 09:31

\"\"  Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.
Oxu24.com -un  məlumatına görə, yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb. Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib. Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. \"\"