Qaynar xətt:

(+99450) 247 90 86

Pasportlar haqqında” qanuna dəyişiklik qəbul edildi-QƏRAR

Pasportlar haqqında” qanuna dəyişiklik qəbul edildi-QƏRAR

CƏMİYYƏT

1503

05.10.2018, 19:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Milli Məclisin bu gün keçirilən plenar iclasında \"Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişiklik Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi ilə bağlıdır. Qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.