3,8% artıb - YENİ RƏQƏMLƏR
11 Noyabr 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1581
18.08.2021, 11:04
Sentyabrdan açıq havada maska qadağası tətbiq ediləcək? - Deputat
Yumşaldılmalar, insanlarda rahatlıq və maskalardan imtina edilməsi yoluxma rəqəmlərinin artmasına gətirib çıxarır. Bu səbəbdən narahatlığa ehtiyac var.
Oxu24.com xəbər verir ki, Bunu ABR24-ün "Gündəm" verilişinə açıqlamasında deputat Soltan Məmmədov deyib. O bildirib ki, insanlar qapalı məkanlarda peyvənd olunub-olunmamasından asılı olmayaraq maskadan istifadə etməlidir:
"Hər zaman bu günədək əldə etdiyimiz uğurların səbəbini müzakirə edərkən qeyd etmişik ki, bunun əsas səbəbi dövlətimiz tərəfindən vaxtında atılmış qabaqlayıcı addımlar, səhiyyə sisteminin gücləndirilməsi, peyvəndlərin zamanında ölkəyə gətirilməsi, bütün tibb müəssisələrinin lazımi tibbi avadanlıqla təmin olunması və ən əsası həyata keçirilən COVİD-lə mübarizə strategiyasının tam olaraq ÜST-ün tövsiyələrinə uyğun olmasıdır.
Həmçinin əhalinin həmrəy olaraq davranış qaydalarına əməl etməsi sayəsində dövlətin strategiyası ilə vətəndaşların davranışı üst-üstə düşüb və biz hər zaman dünya ölkələrində baş verən bu pik dalğa dediyimiz vəziyyətə bir neçə 10 günlüklərdən sonra gəlib çatırdıq. Bu gün isə narahatlığa səbəb var.
Əfsuslar olsun ki, insanlarda rahatlıq əmələ gəlib. Gündəlik olaraq qapalı yerlərdə artıq insanların maskanı taxmaq qaydalarına müəyyən qədər riayət etməməsinin şahidi oluruq. Bu, reallıqdır. Lakin qapalı məkanlarda peyvənd olunub-olunmamasından asılı olmayaq hər kəs maskadan istifadə etməlidir.
Bu qaydalara əməl edilsə və peyvənd proqramı uğurla həyata keçirilsə, əminəm ki, epidemioloji vəziyyət imkan verəcək ki, bu yolla biz vəziyyəti stabilləşdirək. Bundan sonra da rəqəmlərin azalmasına çalışaq ki, qapanmalar bir daha təkrarlanmasın".
11:16 / 11 Noyabr 2026
6
11:13 / 11 Noyabr 2026
22
11:11 / 11 Noyabr 2026
27
11:06 / 11 Noyabr 2026
37
10:56 / 11 Noyabr 2026
146
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
67
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
135
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
829
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.