Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qəribə olay- Vergi borcuna görə qadın koftalarını satışa çıxardı

CƏMİYYƏT

1184

03.10.2018, 11:57

\"\" Mingəçevirdə işləyən sahibkar vergi borcunun ödənilməsi üçün ona məxsus paltarları hərraca çıxarıb. Oxu24.com  xəbər verir ki, “Vergilər” qəzetinin xüsusi buraxılışında sahibkar Şiraslan Əyyub oğlu Cəfərova məxsus 25 ədəd qadın koftasının qiyməti öz əksini tapıb. Məlumata görə, koftaların hər birinə 9 manat qiymət qoyulub. Geyimlər isə Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi, ev 37a, mənzil 47 ünvanında satılır. Qeyd edək ki, vergi ödəyicisi vergi borclarını, vergi borcu üzrə hesablanmış faizlərini vermədikdə onun əmlakı siyahıya alına bilər və həmin əmlak vasitəsilə ödənilə bilər.