Sahil Babayevdən AÇIQLAMA:2030-cu ilə hədəf ...
11 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
866
15.08.2021, 15:51
Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Mədə şirəsinin ifraz olunmasını stimullaşdıran, bağırsaqların fəaliyyəti və maddələr mübadiləsini yaxşılaşdıran, orqanizm tərəfindən çox tez və asan mənimsənilən süd məhsulları insan orqanizminə düşdükdə südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.
OXU24.COM bildirir ki, süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır.
Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur. Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar.
Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə orada "yaşayan" xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə səbəb olur.
Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qaraciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.
11:34 / 11 Noyabr 2026
1
11:28 / 11 Noyabr 2026
42
11:16 / 11 Noyabr 2026
190
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
77
11:06 / 11 Noyabr 2026
75
10:56 / 11 Noyabr 2026
237
10:51 / 11 Noyabr 2026
91
10:48 / 11 Noyabr 2026
77
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
256
10:09 / 11 Noyabr 2026
145
09:56 / 11 Noyabr 2026
82
09:37 / 11 Noyabr 2026
879
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.