Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5736
az

Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları

18:2802 Oktyabr, 2018
1109
CƏMİYYƏT
  • A
Zəmanəmizin ən qorxulu xəstəliklərindən biri də xərçəngdir. İnsanlara xərçəng diaqnozu qoyulduqda onlar buna ölüm fərmanı kimi yanaşırlar. Lakin bilmək lazımdır ki, erkən aşkarlanmış onkoloji xəstəliklər çox vaxt tam müalicə olunur. Xüsusilə qadınlar üçün bu mövzu daha çox aktualdır. Sadəcə vaxtında müayinə olunmaq lazımdır.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikasi və terapiyası kafedrasının əməkdaşı, radioloq, Günel Qəmbərova orta yaşlı qadınlara mütəmadi olaraq mammoqrafiya müayinəsindən keçməyi məsləhət görür.

G.Qəmbərova bildirib ki, mammoqrafiya müayinəsi daha erkən mərhələlərdə süd vəzi xərçəngini aşkarlamağa imkan verir: "Bəzi qadınlar müayinə zamanı radiasiya təsirinə məruz qalmaqdan narahat olurlar. Qeyd edək ki, çağdaş mammoqrafiya yalnız standart döş qəfəsi rentgen müayinəsindən 0.06 qr aşağı dozada ekspozisiya verir. Bu, insanın üç saatlıq təyyarə uçuşu zamanı aldığı şüaya bərabərdir. Yəni, bu dozanın insan orqanizminə ziyanı yoxdur".

Mütəxəssis ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən, rəqəmsal mammoqrafiya cihazı ilə bütün növ prosedurların icra olunduğunu bildirir və bütün xanımlara müraciət edərək vaxtında müayinə olunmağı məsləhət görür.

Qeyd edək ki, artıq Dünya Səhiyyə Təşkilatı, Amerika Tibb Assosiasiyası, Mama-ginekoloqların Amerika Konqresi, Avropa və Amerika Radioloqlar Assosiasiyası, Onkoloji Cəmiyyət, Milli Onkologiya Şəbəkəsi mammoqrafiya müayinəsinin süd vəzi xəstəliklərinin erkən aşkarlanmasında qızıl standart üsul olduğunu israrla vurğulayırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...
Heydər məscidində vəhdət namazı qılındı -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ