Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.
Oxu24.com virtualaz.org-a istinadən xəbər verir ki, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır.
Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.
Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib. Oxu24.com
ŞƏRHLƏR