Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5622
az

Türkiyədəki qasırğa Azərbaycana da GƏLİR? - Umayra Tağıyeva AÇIQLADI

19:1528 Sentyabr, 2018
1051
CƏMİYYƏT
  • A
“Orta troposferdə bərqərar olmuş axınla hər hansı hava kütləsi ölkə ərazisinə daxil ola bilər. Lakin sinoptik xəritələrin təhlili onu göstərir ki, hazırda Türkiyədə hava şəraitində gözlənilən dəyişiklik Azərbaycan ərazisinə öz təsirini göstərməyəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva həftəsonu Türkiyə ərazisinə müşahidə ediləcək qasırğanın Azərbaycan üçün təhlükəsindən danışarkən deyib.
U.Tağıyeva yaxın günlərdə hava şəraitində ciddi bir dəyişikliyin olmayacağını bildirib:
“Türkiyədə hava şəraitinin dəyişdiyi halda oxşar prosesin Azərbaycanda da müşahidə edilməsi mütləq deyil. Lakin buna baxmayaraq Türkiyədən Aralıq dənizi siklonlarının Azərbaycana yaxınlaşması və hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Yaxın günlər ərzində isə hava şəraitində mühüm və ciddi dəyişikliklər gözləmirik. Havanın teperaturu iqlim norma daxilində tərəddüd edəcək. Əsasən, cənub istiqamətli mülayim külək əsəcək. Sentyabrın 30-u axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Ölkə ərazisində yaxın iki gün ərzində təhlükə yarada biləcək hidrometeoroloji hadisə gözlənilmir. Bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında qısa müddətli yağış yağacaq. Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək”.
Qeyd edək ki, hidrometeoroloqlar həftəsonu Türkiyəyə Aralıq dənizindən daxil olacaq hava şəraiti ilə əlaqədar olaraq qasırğa müşahidə ediləcəyi ilə bağlı xəbərdarəq edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü