Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5616
az

Aşurada qan verənlərdə dəhşətli xəstəliklər tapıldı - BAKIDA

14:4328 Sentyabr, 2018
836
CƏMİYYƏT
  • A
 Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

Oxu24.com Səhiyyə nazirliyinə istinadən xəbər verir ki, aksiyada toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.
 
Müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilir.

Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.

Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə; Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə; QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilir və həmin şəxslər təkrar müayinələrə dəvət olunur.

İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü