Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5607
az

Azyaşlı uşaqla küçədə qalan qadından xəbər var:Nazirliyin sığınacağından imtina edib

11:5628 Sentyabr, 2018
991
CƏMİYYƏT
  • A
  Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 129 ünvanında qeydiyyatda olan I qrup əlil Kifayət Hüseynovanın “Space” Teleradio Şirkəti yaxınlığnda küçədə qalması ilə bağlı yayılan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.

Oxu24.com xəbər verir ki,Nazirlik əməkdaşları Kifayət Hüseynova ilə görüşüblər. Vətəndaşa qanunvericiliyə uyğun olaraq sosial təminatla bağlı nəzərdə tutulan hüquqlardan istifadə təklif olunsa da, o bunlardan imtina edib. Kifayət Hüseynova şəxsi yaşayış yeri ilə təmin olunmasını tələb edib. Ona bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunub.

Qızı Aygün Hüseynova əmək qabiliyyətli olduğundan ona iş təklif olunub. Lakin anasına qulluq etdiyinə və azyaşlı övladı olduğuna görə işləyə bilməyəcəyini deyib.

Soyuq havada küçədə ailənin qalmaması üçün nazirlik əməkdaşlarının təkidindən sonra Kifayət Hüseynova və ailəsi nazirliyin sosial sığınacağına yerləşdiriliblər. Sığınacaqda qadınlar üçün nəzərdə tutulan otaqlar 3-cü mərtəbədə olduğu üçün o, səhhəti ilə əlaqədar ora qalxa bilməyəcəyini əsas gətirib. Və binanın 1-ci mərtəbəsində görüş üçün nəzərdə tutulan yerdə müvəqqəti yerləşdirilib. Amma burda da qalmaq istəmədiyini bildirir.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, Kifayət Hüseynova təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 martda birdəfəlik maddi yardım, 14 iyunda Ramazan bayramı münasibəti ilə ərzaq yardımı, 29 iyulda Qubada istirahət mərkəzinə göndəriş, 15 avqustda Qurban bayramı münasibəti ilə ərzaq yardımı ilə təmin edilib.
 

Aynur Kazımlı
Oxu24.com
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!
Dəvələr haqda maraqlı məlumatlar
Mədət Quliyevin oğlu vəzifədən azad edildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ