Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qeyri-adi sayt yaradıldı- HafizTimes.com

2018-09/1537605092_20881919_1804336092929341_7774797334307971298_n.jpg

CƏMİYYƏT

1250

22.09.2018, 12:31

\"\" Azərbaycanda yeni sayt yaradılıb.
Bu barədə Oxu24.com-a yeni saytın  yaradıcısı jurnalist Hafiz Əhmədov məlumat verib. O bildirib ki, bu işi həyata keçirərkən ailəsindən başqa kimsənin dəstəyini qəbul etməyib. “Bütün maliyyə xərclərini ailəm çəkib. Düzü, çox təkliflər olsa da, qəbul etmədim. Kimsədən, hansısa qurumdan asılı olmaq fikrim yoxdur. Gələn həftədən etibarən dünyanın ən məşhur şəxsləri ilə müsahibələrim yayımlanacaq. Müsahibələrimin çoxu Amerika, Avropa ölkələrindəndir. Özəl müsahibə, reportaj  və araşdırmalar olacaq”. Hafiz Əhmədov bildirib ki, yaratdığı  HafizTimes.com saytında sırf xəbər olmayacaq. “Xəbər tutumlu mətbuat orqanı olmayacaq. Saytı türkiyəli mütəxəssislər Qərb mətbuatı dizaynında hazırlayıblar. Hər kəs məni çalışdığım mətbuat orqanına görə deyil, məhz öz adıma görə tanıyır. İstədim ki, böyük əmək, əziyyətlə başa gələn yazılarım yalnız öz adımla yayımlansın.   Hələ ki, yalnız öz yazılarımı yayımlayacam. Mənim arxivdə çox önəmli müsahibə araşdırmalarım var. Onları yenidən yayımlayacam”.   O, ofisinin olub-olmayacağı barədə də söz açıb.   “Saytı hələ ki, rayondan (Tovuz) idarə edəcəyəm. Bakıda qalmağa imkan yoxdur. Gələcəkdə hər şey yoluna düşər. Hələ ki,  kənddə oturub dünyanın ən böyük şəxsiyyətlərini Azərbaycan oxucusunun qarışısına gətirəcəyəm”.