Evdə halı pisləşən 25 yaşlı qız öldü
12 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1453
30.04.2021, 10:52
“Koronavirus infeksiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlərdə yumşalmaların edilməsi ölkədəki sanitar-epidomolji vəziyyətlə əlaqdar olacaqdır. Əgər koronavirusa gündəlik yoluxmaların sayı sürətli azalmağa doğru gedərsə, təbii ki, yenidən yumşalmaların da edilməsinə imkan yaranacaqdır”.
Bu açıqlamanı Oxu24.com-a millət vəkili Azər Badamov edərək qeyd etdi ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah COVİD-19 infeksiyasına yoluxmalarla bağlı gündəlik dinamikanı təhlil ediir və lazımı qərarlar qəbul edir

“Üzü yaya getməyi o demək deyil ki, infeksiya yayda olmayacaqdır. Türkiyədə qapanmalar aradan qaldırılmışdı. Nəticədə isə koronavirusun yeni bir dalğası gəldi və dövlət məcbur olaraq yenidən qapanmalara getməyinə qərar verdi. Yəni demək istədiyim odur ki, koronavirusa yoluxmaların azalıb-çoxalmasında ilin fəsilləri rol oynamır. Yenidən qapanmalar getməmək və tətbiq olunmuş məhdudiyyətlərdə yumşalmaların edilməsi bizim özümüzdən, yəni insanlardan asılıdır”.
Azər Badamov deyir ki, hamı hər yerdə tibbi masakanı taxmalı, karantin rejimin tələblərinə əməl etməlidir. İnsanlar tətbiq olunmuş qapanmalardan azad olmaq istəyirlərsə peyvənd olunmağa tələsməlidirlər.
“Bunun alternativi yoxdur. Havalar yavaş- yavaş qızmağa başlayır. Yayda hamı dənizə getmək, gəzintilərə çıxmaq istəyəcək. İnandırım sizi qapanıb evdə oturmaq heç kimin ürəyindən deyil. Ona görə hamı şüurlu şəkildə qısa bir zamanda pevənd olunmalıdır. Özüm də peyvəndin hər iki dozasını almışam . Peyvəndin heç bir yan təsirləri yoxur. İnsanları saxta məlumatlara inanmamağa və peyvəndlərin vurulmasına çağırıram ki, adi həyatımıza qayıda bilək”.
Bəs yumşalma tədbirləri aparılarsa bu hansı sahələrdə ola bilər?
“Məhdud sayda toyların keçiriməsinə icazə verilsəydi yaxşı olardı. Çünki bir ildən çoxdur ki, qadağa tətbiq olunduğundan gənclərimiz ailə həyatını qurmurlar. Gözləyirlər ki, icazələr verilsin ki, evlənsinlər. Digər bir yumşalmanı isə orta məktəblərdə ənənəvi təhsilin tam bərpası ilə bağlı olacağını düşünürəm. Ona görə ki, məktəblər uzun zamandır bağlı olduğundan distant təhsil tədris olunur. Bu da təhsilin keyfiyyətini olduqca aşağı salmışdır. Şagirdlər də, müəllimlər də məktəb üçün darıxıblar. Bir aydan sonra məktəblərdə yay tətili başlanır. Təhsil müəssisələrində əyani formada təhsilə imkan yaradılmalıdır ki, müəllimlər heç olmasa şagirdlərə yay tapşırıqlarını verə bilsinlər”.
14:15 / 12 Noyabr 2026
18
14:04 / 12 Noyabr 2026
154
13:59 / 12 Noyabr 2026
146
13:55 / 12 Noyabr 2026
60
13:45 / 12 Noyabr 2026
125
13:36 / 12 Noyabr 2026
153
13:29 / 12 Noyabr 2026
74
13:21 / 12 Noyabr 2026
81
13:20 / 12 Noyabr 2026
115
13:18 / 12 Noyabr 2026
308
13:16 / 12 Noyabr 2026
109
13:07 / 12 Noyabr 2026
322
13:04 / 12 Noyabr 2026
72
13:00 / 12 Noyabr 2026
72
12:40 / 12 Noyabr 2026
74
12:25 / 12 Noyabr 2026
106
12:05 / 12 Noyabr 2026
110
11:55 / 12 Noyabr 2026
112
11:50 / 12 Noyabr 2026
125
11:36 / 12 Noyabr 2026
100
11:35 / 12 Noyabr 2026
112
11:34 / 12 Noyabr 2026
162
11:31 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.