Qaynar xətt:

(+99450) 247 90 86

Aysel Əlizadənin “Səhərə kimi uzanardım altında“şeir yazdı

Aysel Əlizadənin “Səhərə kimi uzanardım altında“şeir yazdı

CƏMİYYƏT

3632

29.04.2021, 23:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şairə Aysel Əlizadə facebook sosial şəbəkəsindəki hesabında paylaşdığı erotik şeiri birmənalı qarşılanmayıb.

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.

Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.
Sən gözüyumulu, yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.
Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.
Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın, Sənə bir İsa doğardım ki...