Qaynar xətt:

(+99450) 247 90 86

“WhatsApp”a dəyişiklik ediləcək

“WhatsApp”a dəyişiklik ediləcək

CƏMİYYƏT

2227

29.04.2021, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Populyar "WhatsApp" messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda "WABetaInfo" saytı məlumat verib.

Oxu24.com ictnews.az-a istinadən bildirir ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

İndi "WhatsApp" messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

Yeni funksiya hələ ki beta test mərhələsindədir.