Rusiyanın Yaroslavl bölgəsi ilə Bakı arasında hava əlaqəsinin açılması müzakirə olunur.
“APA-Economics” xəbər verir ki, bunu “Kommersant”a Regional İnkişaf və Xarici İqtisadi Fəaliyyət Departamentinin direktoru Qalina Penyagina deyib.
Departament rəhbərinin sözlərinə görə, daha öncə Azərbaycana təşkil edilən işgüzar missiyanın nəticələrinə görə, Yaroslavl və Azərbaycan müəssisələri arasında tərəfdaşlıq əlaqələri qurulub və hazırda bölgə müəssisələri tərəfindən Azərbaycana müxtəlif növ məhsullar ixrac olunur.
Bildirilib ki, ötən il Yaroslavldan Azərbaycana ixracın həcmi təxminən 8 mln. ABŞ dolları təşkil edib. Bölgədən Azərbaycana əsasən yanacaq məhsulları, dərman vasitələri, təkərlər, yol avadanlıqları, qablaşdırma, borular, boyalar və yanğın söndürmə vasitələri tədarük edilib.
Azərbaycan bölgənin 20 əsas xarici ticarət tərəfdaşları sırasına daxildir. Birgə prioritet layihələr arasında Yaroslavl bölgəsi ərazisində çay, dəmir yolu və hava nəqliyyatı ilə gələn yüklər üçün böyük logistika mərkəzi yaratmaqdır. Müvafiq müqavilənin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı imzalanacağı planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR