Qaynar xətt:

(+99450) 247 90 86

Yaqub Eyyubov həyat yoldaşını qətlə yetirdi - Təfərrüat

Yaqub Eyyubov həyat yoldaşını qətlə yetirdi - Təfərrüat

CƏMİYYƏT

2297

28.04.2021, 20:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Yaqub Eyyubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizami Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il sentyabrın 4-də, saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanın bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin əri 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Yaqub Eyyubovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.