Evdə halı pisləşən 25 yaşlı qız öldü
12 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4446
28.04.2021, 15:49
Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur.
Oxu24.com xəbər verir ki, bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.
Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.
Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.
Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur.
Bununla da, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.
15:12 / 12 Noyabr 2026
1
14:15 / 12 Noyabr 2026
94
14:04 / 12 Noyabr 2026
259
13:59 / 12 Noyabr 2026
219
13:55 / 12 Noyabr 2026
98
13:45 / 12 Noyabr 2026
163
13:36 / 12 Noyabr 2026
208
13:29 / 12 Noyabr 2026
104
13:21 / 12 Noyabr 2026
117
13:20 / 12 Noyabr 2026
142
13:18 / 12 Noyabr 2026
440
13:16 / 12 Noyabr 2026
132
13:07 / 12 Noyabr 2026
377
13:04 / 12 Noyabr 2026
96
13:00 / 12 Noyabr 2026
95
12:40 / 12 Noyabr 2026
102
12:25 / 12 Noyabr 2026
121
12:05 / 12 Noyabr 2026
136
11:55 / 12 Noyabr 2026
129
11:50 / 12 Noyabr 2026
150
11:36 / 12 Noyabr 2026
135
11:35 / 12 Noyabr 2026
130
11:34 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.