Bu gün səhər saatlarında metroda həyəcanlı anlar yaşanıb.
Oxu24.com xəbər verir ki, vaqonda yaranan sıxlığa və havasızlığa görə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda orta yaşlı sərnişinin halı pisləşib. O, yerə yıxılsa da, digər sərnişinlərin köməkliyi ilə özünə gətirilə bilib.
O, "28 may" stansiyasında düşürülüb. Ona ilkin yardım göstərilib. Oxu24.com
ŞƏRHLƏR