İspanaq və qəhvə sizi cavanlaşdıracaq
12 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2411
21.04.2021, 22:10
Oruc sinir hüceyrələrinin bərpasını təmin edən BDNF zülalının artmasını təmin edir. Bu, insanı xroniki nevroloji xəstəliklərdən qoruduğu kimi, yaddaşı da gücləndirir.
Oxu24.com xəbər verir ki, bu sözləri türk professor Dərya Uludüz deyib. Professorun sözlərinə görə, iki-üç həftəlik orucdan sonra xolesterin səviyyəsi tənzimlənir, insult və ürək xəstəliklərinin yaranma riski aşağı düşür.
Həkimin orucun faydaları haqqında fikirlərini təqdim edirik:
1. Oruc zamanı beyin adətən istifadə etdiyi enerji mənbəyi olan qlükoza əvəzinə yağları parçalayaraq ketonlardan enerji olaraq istifadə edir. Ketonlar eyni zamanda beyin üçün səmərəli enerji mənbəyidir. Həmçinin, daha çox enerji əldə etmək üçün enerji istehsal edən mərkəzlərin sayını artırır. Mitokondriyanın çoxalması bədənin cavanlaşması deməkdir.
2. Oruc bədəndəki sinir hüceyrələrinin bərpasını təmin edən BDNF zülalının artmasını təmin edir. Bu, sizi xroniki nevroloji xəstəliklərdən qorumaqla, yaddaşınızı da gücləndirir.
3. İki-üç həftəlik orucdan sonra xolesterin səviyyəsi tarazlaşır. İnsult və ürək xəstəliklərindən qoruyur.
4. Təzyiqi aşağı salır. Qan təzyiqi yüksəkdirsə, beyinə qan dövranı azalır. Sinir hüceyrəsi qida və oksigensiz qalır. Bu, xroniki xəstəliklər və beyin iflici üçün zəmin yaradır.
5. İltihabı və oksidləşdirici stressi azaldır. Qlükozadan enerji olaraq istifadə edildikdə oksidləşdirici stressə səbəb olur. Keton istifadəsi oksidləşdirici stressin qarşısını alır və bir növ antioksidant rolunu oynayır.
6. Oruc immuniteti daha da gücləndirir. Leykosit hüceyrələrimizin yenilənməsinə imkan verir. Orucun immuniteti zəiflətməsi fikri əslində səhvdir. Ramazanda immunitetin zəifləməsinin səbəbi oruc deyil, yuxu rejimindəki pozuntularla bağlıdır.
7. Diabet cədvəlini tərsinə çevirir. İnsulin müqavimətini artırır.
8. Beyində orucla yeni sinir hüceyrələri əmələ gəlir. Bu, neyroplastik öyrənmə prosesini gücləndirir, stressə qarşı müqaviməti artırır.
17:53 / 12 Noyabr 2026
1
17:19 / 12 Noyabr 2026
56
16:25 / 12 Noyabr 2026
78
16:21 / 12 Noyabr 2026
100
15:55 / 12 Noyabr 2026
93
15:36 / 12 Noyabr 2026
451
15:15 / 12 Noyabr 2026
157
15:12 / 12 Noyabr 2026
93
14:15 / 12 Noyabr 2026
178
14:04 / 12 Noyabr 2026
459
13:59 / 12 Noyabr 2026
359
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
245
13:36 / 12 Noyabr 2026
338
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
163
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
606
13:16 / 12 Noyabr 2026
187
13:07 / 12 Noyabr 2026
508
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.