Qaynar xətt:

(+99450) 247 90 86

Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

2018-09/1536934726_qan-ver.jpg

CƏMİYYƏT

1051

14.09.2018, 18:18

\"\" Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü – Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq. Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə: Bakı şəhəri üzrə: – Binəqədi rayonu “İmam Əli məscidi”, – Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, – Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, – Nizami rayonu “Şah Abbas məscidi” , – Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, – Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”, – Suraxanı rayonu “Qaracuxur məscidi”, – Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır: – Gəncə şəhəri “İmamzadə kompleksi”, – Lənkəran şəhəri “Böyük bazar məscidi”, – Mingəçevir şəhəri “Heydər məscidi”, – Sumqayıt şəhər “Cümə məscidi”, – Şəki şəhəri “İmam Əli məscidi”, – Mərkəzi Qan bankının Şırvan bölməsi, – Ağcabədi Mərkəzi rayon xəstəxanası, – Beyləqan Mərkəzi rayon xəstəxanası, – Bərdə rayonu “Bərdə İmamzadəsi”, – Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), – Cəlilabad Mərkəzi rayon xəstəxanası, – Xaçmaz şəhər məscidi, – Ağsu rayon mərkəzi xəstəxanası, – Qan bankının Quba bölgəsi, – Masallı şəhər Cümə məscidi. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.