Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5140
az

“Yaşım imkan versəydi, “Səni deyirlər”i oynayardım” - Deputat

21:3310 Sentyabr, 2018
1235
CƏMİYYƏT
  • A
 Son günlər sosial şəbəkələrdə əsas müzakirələr "Səni deyirlər” mahnısı üzərində qurulub. İnsanlar bu mahnının sədaları altında rəqs edir, həmin görüntüləri sosial mediada yayırlar. Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək məqsədilə başladılan kampaniya geniş vüsət alıb.

Oxu24.com xəbər verir ki, millət vəkili Aqil Abbas AzVision.az-a açıqlamasında "Səni deyirlər” mahnısı ilə başladılan kampaniyanı dəstəklədiyini deyib. Deputat bildirib ki, çəkilən videolar soydaşlarımızın İrandakı yasaqlara qarşı etirazıdır.

"İranda müəyyən yasaqlar var. Cənublu soydaşlarımz isə saz mahnısına oynayıb, öz etirazlarını bildiriblər. Yəni "yasaqlara uymayıb oynaya bilərik” deyirlər. Sümüyə düşən mahnıdır. Bizimkilər də oynayaraq onlara dəstək olurlar. Lakin bunun əleyhinə danışanlar da, mahnıya primitiv deyənlər var. Bunlar Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnısına qulaq asmaq istəyirlər? Kim istəmir oynamasın, oxumasın. Əleyhinə niyə danışırlar? Bu videolarla ölkə vətəndaşları soydaşlarımıza dəstək verirlər. Bunu alqışlayıram, çox gözəl hadisədir. Düzdür, mən həmin mahnını oynamamışam. Yaşım imkan versəydi, oynayardım”.

Aqil Abbasdan fərqli olaraq deputatı həmkarı Nizami Cəfərov isə "Səni deyirər”i eşitmədiyini və videolara baxmadığını söyləyib: "Burada olmadığıma görə heç nədən xəbərim yoxdur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu