Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5078
az

Məhərrəm ayının başlanması ilə bağlı Dövlət Komitəsində müşavirə keçirilib

20:4407 Sentyabr, 2018
822
CƏMİYYƏT
  • A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
 
Bu barədə İnterAz-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə mövcud dini durum, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və bu fəaliyyət ardıcıl olaraq davam etdirilməlidir. Respublikamızın bütün şəhər və rayonlarında davamlı olaraq milli-mənəvi, dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
 
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Məhərrəm ayının başlanması münasibətilə DQİDK-nın qəbul etdiyi Tədbirlər Planı və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik, izahat işlərinin aparılması, monitorinqlər və s. daxildir. Eyni zamanda, Dövlət Komitəsi paytaxtda və bölgələrdə QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək verəcək.
 
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov görülmüş işlər, Məhərrəm ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin müvafiq tövsiyələrini verib.
 
Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlərlə bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.
 
Qeyd olunub ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir. Müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hamının zərərli bildiyi bu içki əslində xərçəng riskini 50% azaldır
Evlərə günəş panelləri quraşdırılmaq neçəyə başa gəlir? - VİDEO
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Bakıda əməliyyat- Narkokuryerlər saxlanıldı (VİDEO)