Qaynar xətt:

(+99450) 247 90 86

Bu universitetdə dərslər sentyabrın 10-da başlayacaq

2018-09/1536338396_teqvim.jpg

CƏMİYYƏT

1050

07.09.2018, 20:39

\"\" Sentyabrın 10-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız - Azərbaycan Universitetində (UFAZ) yeni tədris ili başlanacaq.
ADNSU-dan Trend-ə verilən məlumata görə, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb. Hazırda UFAZ-da 30-a yaxın professor-müəllim heyəti çalışır və 410 tələbə təhsil alır. Yeni tədris ilindən etibarən UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyəcək müəllimi Loic Cellier universitetin dörd ixtisası üzrə (Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Geofizika mühəndisliyi və Kompüter elmləri) tələbələrə Rriyaziyyat və Kompüter elmləri fənlərini tədris edəcək.