Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1194
19.02.2021, 22:27
"Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır. Belə olan təqdirdə insanlar istədikləri ünvana daha rahat çata biləcəklər".
Oxu24.com azerforum.com-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Cavid Osmanov bildirib.
Deputat əlavə edib ki, insanları narahat edən ciddi bir məsələ var:
"Son günlər koronavirusa yoluxma sayında müsbət dinamika müşahidə olunsa da, bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Digər tərəfdən Azərbaycan o ölkələrdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bunun fonunda insanları narahat edən ciddi bir məsələ var. Bu da ictimai nəqliyyat vasitələrində sıxlığın yaranmasıdır.
Nəzərə almaq lazımdır ki, Bakı, Abşeron və Sumqayıtdakı təhsil müəssilərində əyani tədris müəyyən qrafiklərlə bərpa olunub. Bunun fonunda belə bir sual meydana gəlir ki, metronun fəaliyyəti nə vaxt bərpa olunacaq?
Məlum məsələdir ki, koronavirusun yayılma halları daha çox qapalı yerlərdə olur. Buna görə Operativ Qərargah hələlik metro stansiyaların açılmasına qərar verməyib. Digər tərəfdən ictimai nəqliyyatda - əsasən də avtobuslarda böyük sıxlıq müşahidə olunur. Bu prosesin özü də virusun daha sürətlə yenidən yayılmasına səbəb ola bilər. Çox vacibdir ki, ilk növbədə avtobusların sayında artım olmalıdır ki, oturacaq tutumu qədər insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatda çatışmazlıq varsa, biz insanların iradlarını anlamalıyıq. Çünki işə, məktəbə və digər yerlərə gedən vətəndaşlar problemlərlə üzləşirlər".
Cavid Osmanov əlavə edib ki, ictimai nəqliyyatda olduğu kimi metroda da oturcaqların sayı qədər vətəndaşların qatarda getməsi məqsədəuyğun olardı: "Bununla əladar müəyyən tədbirlər görülməlidir. Bu prosesi metrodakı nəzarətçilər tənzimləyə bilər. Girişdə, çıxışda və qatardakı nəzarətçilərin iştirakı ilə bu, mümkün ola bilər. Biz bu yolla virusa qarşı mübarizə tədbirlərini daha effektiv edə və insanların rahatlığını təmin edə bilərik.
Metroların açılması ilə bağlı daha bir təklif bundan ibarət ola bilər ki, metro stansiyaları günün müəyyən saatlarında işləyə bilər. Səhər 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər işləyə bilər ki, işə gedib və qayıdan vətəndaşlar rahat şəkildə öz ünvanlarına çatsınlar. İlkin mərhələdə bu, müvafiq variant ola bilər. Sonrakı mərhələdə isə metronun fəaliyyətinin tam bərpası mümkünləşəcək".
23:28 / 13 Noyabr 2026
19
23:22 / 13 Noyabr 2026
42
23:17 / 13 Noyabr 2026
55
23:09 / 13 Noyabr 2026
62
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
65
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
431
21:43 / 13 Noyabr 2026
821
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
122
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
118
20:50 / 13 Noyabr 2026
1139
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
116
20:35 / 13 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.