Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1051
19.02.2021, 19:04
Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xəstənin oğlu Elşad Səməndərov KONKRET.az-a açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb. O, atasının əvvəl qan təzyiqinin yüksəldiyini, daha sonar isə tədricən vəziyyətinin ağırlaşdığını deyib: “Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi. Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi. Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Tacəddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”.
Elşad Səməndərov atasının vəziyyətinin kritik olduğunu deyib: “Əlim hər yerdən üzüləndən sonra mən Ramal həkimə zəng vurdum, sağ olsun o, təcili xəstəxanaya gəldi. O gələndən sonra atamı reanimasiyaya apardılar. Hazırda həkimlərdən xəbər gözləyirəm. Əgər mənim atama nəsə olsa, bilin ki, onun ölümündə günahkar səhlənkar həkimlərdir”.
Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək
23:40 / 13 Noyabr 2026
1
23:28 / 13 Noyabr 2026
43
23:22 / 13 Noyabr 2026
55
23:17 / 13 Noyabr 2026
62
23:09 / 13 Noyabr 2026
70
23:05 / 13 Noyabr 2026
66
23:02 / 13 Noyabr 2026
70
22:53 / 13 Noyabr 2026
79
22:49 / 13 Noyabr 2026
78
22:41 / 13 Noyabr 2026
79
22:36 / 13 Noyabr 2026
92
22:18 / 13 Noyabr 2026
87
22:13 / 13 Noyabr 2026
86
22:03 / 13 Noyabr 2026
467
21:43 / 13 Noyabr 2026
846
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
125
21:24 / 13 Noyabr 2026
160
21:03 / 13 Noyabr 2026
107
20:58 / 13 Noyabr 2026
120
20:50 / 13 Noyabr 2026
1156
20:41 / 13 Noyabr 2026
148
20:37 / 13 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.