Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi

SON DƏQİQƏ! Əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi

CƏMİYYƏT

2038

19.02.2021, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə  intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi  yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.