Əmtəə bazarlarında qızılın qiyməti artıb
14 Noyabr 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1524
23.01.2021, 20:37
Dörd aydır xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Sadiq Şükürovun səhhəti yaxşılaşmağa doğru gedir.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda qazinin anası Kifayət Şükürova məlumat verib.
Onun sözlərinə görə, oğlu oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və bu müddət ərzində üç dəfə əməliyyat olunub. Axırıncı əməliyyatdan sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş var:
"Sadiqin sonuncu - ağciyər əməliyyatı çox ağır əməliyyat idi. 30 faiz sağalma şansı ilə əməliyyata girmişdi. Şükür Allaha, əməliyyatdan sağ-salamat çıxdı, artıq düzəlir, yeməyi yaxşıdır. Amma hələ ki, aparata qoşuludur. Yeriyə bilməsi üçün ayaqları masaj olunur".
Qazinin anası bildirib ki, Sadiqlə xəstəxanada müalicə aldığı bu aylar ərzində cəmi bir dəfə, özü də bir neçə dəqiqəlik görüşə biliblər:
"Oğlum yaralananda Mərkəzi Hərbi Hospitala aparılıb. 1,5 ay orada komada olub. Sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb, orada ağciyərlərindən əməliyyat olunub. Oradan Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir dəfə də əməliyyat olunub. Vəziyyəti ağırlaşdığından 3-cü dəfə də əməliyyata alıblar. Yeriməsi üçün bundan sonra da əməliyyat olunacaq. Ağır yaralı olduğuna görə bu 4 ay ərzində biz onunla cəmir bir dəfə - bir neçə dəqiqəlik görüşə bilmişik".
Qeyd edək ki, Sadiq Şükürov 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Müharibə başlayandan iki gün sonra - sentyabrın 29-u ön cəbhəyə yollanıb. Oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərində sağ qolundan, ağciyər və bel nahiyəsindən ağır yaralar alıb. Ayaqlarından aldığı yaralardan müvəqqəti yerimə qabiliyyətini itirib.
09:59 / 14 Noyabr 2026
56
09:46 / 14 Noyabr 2026
68
09:30 / 14 Noyabr 2026
67
09:29 / 14 Noyabr 2026
95
09:23 / 14 Noyabr 2026
90
08:09 / 14 Noyabr 2026
1201
01:15 / 14 Noyabr 2026
158
00:40 / 14 Noyabr 2026
313
00:02 / 14 Noyabr 2026
1158
23:58 / 13 Noyabr 2026
163
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
168
23:28 / 13 Noyabr 2026
162
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
427
23:09 / 13 Noyabr 2026
184
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
334
22:53 / 13 Noyabr 2026
163
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
154
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.