Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46971
az

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

18:5820 Yanvar, 2021
1047
CƏMİYYƏT
  • A
Türkiyənin Trabzon limanını idarə edən "Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.
 
Oxu24.com xəbər verir ki, Müzəffər Ermiş bu haqda "Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. "Trabzon limanının tranzit ticarətində önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, Trabzon limanından daha çox yük ötürə biləcəyik”, - o bildirib.
 
Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib:
 
"Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında ümid edirəm ki, Trabzon limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb