Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46869
az

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri

15:1819 Yanvar, 2021
1151
  • A

"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olacaq”.

Bunu Oxu24.com-a açıqlamasında Prezident İlham Əliyevin "kimsə özünü toxunulmaz hesab etməsin” fikrinin növbəti kadr islahatlarının anonsu kimi dəyərləndirilməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

"Prezident hələ Şuşaya səfərində milli kadrların hakimiyyətdə təmsil olunacağı mesajını vermişdi. Sumqayıtda olarkən Prezident bu fikrini bir qədər də genişləndirdi. Cəmiyyətimizdə dövlət məmurlarından narazılıq dalğası yaranıb.  Xüsusən də şəhid və qazi ailələrinə göstərilən diqqətsizliklə bağlı problemlər var. Bu mənada Prezidentin həmin açıqlaması ilk növbədə icra hakimiyyəti strukturlarında kadr islahatlarının olmasını aktual edir. İnsanlar daha çox məhz bu sahəyə rəhbərlik edən bəzi məmurların haqsızlığı ilə üzləşir. Rayon icra hakimiyyəti başçılarının əksəriyyətinin dəyişiləcəyi gözlənilir.

Nazirliklər arasında isə yerlərdə əsas narazılıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə və Kənd Təsərrüfatı Nazirliyindəndir. Bu iki nazirlikdə də müəyyən kadr dəyişikliyinin həyata keçiriləcəyi gözləniləndir”. 

"Konstitusiya islahatları ola bilər”

Bunu isə açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli söyləyib: "Azərbaycanda 2016-cı ildən bəri istər yerli özünüidarəetmədə, mərkəzi hökumət və ya Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində  kifayət qədər ciddi kadr dəyişiklikləri olub. Yəqin ki, bu davam edəcək. Amma daha vacibi yeni idarəetmə modeli və fəlsəfəsinə keçidlə bağlı Prezidentin söylədikləridir.

Bu yerli özünü idarəetmənin gücləndirilməsi, icra hakimiyyəti institutunun ləğv edilib, əvəzində daha effektiv institutların yaradılması, ciddi kadr dəyişikliklərinin olması ola bilər. Bütünlükdə oyun qaydaları və idarəetmə sistemi fəlsəfəsinin dəyişdirilməsi vacibdir. Fikrimcə, artıq Azərbaycan həmin mərhələyə yaxınlaşıb.  Qarşıda bizi maraqlı qərarlar gözləyir. Hətta Konstitusiya islahatlarının reallaşması ehtimalı da var”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO
Paşinyandan silahlanma ilə bağlı XƏBƏRDARLIQ: "Digər yol bizi məhvə aparır"
Trampı öldürməklə hədələyən şəxs HƏBS EDİLDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı