Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

1589

19.01.2021, 13:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Oxu24.com nazirlikdən cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

"Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.