Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5653
07.01.2021, 10:47
Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmaqda davam edir. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını və "sms icazə" sisteminin ləğv edilmə ehtimalını artırır. Yanvarın 18-də "sms icazə" əğv ediləcəkmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Kamilə Əliyeva bildirib ki, artıq yoluxmaların sayı 799-a enib:
"Son günlərdə yoluxmaların sayında azalma müşahidə olunur. Sağalanların sayı isə yoluxanlardan 3 dəfə çoxdur. Bu bir daha onu göstərir ki, sərt karantin rejimi və "sms icazə" sistemi özünün müsbət nəticəsini göstərməkdədir.
Amma yanvarın 18-dən sonra "sms icazə" sisteminin ləğv edilməsini nəzərə almaq lazımdır ki, bayram günlərində aparılan testlərin miqdarı o qədər də çox olmayıb.
Ona görə də bu rəqəmə arxayın olub, "sms icazə" sistemini ləğv etmək düzgün olmazdı. Biz qarşıda olan 10 gün müddətinə yaranan vəziyyəti də nəzərdən keçirməliyik. Əgər qarşıdakı 10 gün müddətində də bu rəqəm azalmaqda davam edərsə, yanvarın 18-dən sonra "sms icazə" sistemi ləğv edilə və başqa yumşalmalara da gedilə bilər. Amma hələ 10 gün vaxt var".
Deputat qeyd edib ki, bu məsələdə insanlarımızdan çox şey asılıdır:
"Hər kəs yanvarın 18-nə kimi, 3 qızıl şərtə əməl olunsa əlbəttə ki, yanvarın 18-dən "sms icazə" sistemi ləğv edilə bilər. Bundan əlavə müəyyən yumşalmaların da olması gözləniləndir.
Bilirsiniz ki, yaxın günlərdə vaksinnasiya da başlanılacaq. Əlbəttə 3 qızıl qayda hələ koronavirusun müalicəsi demək deyil. Sadəcə biz 3 qızıl qaydaya əməl edərək bu virusdan özümüzü qoruyuruq. Bu virusdan qurtulmağın yolu peyvəndlənmədir.
Artıq bilirsiniz bir neçə ölkədə vaksinasiya başlanılıb. Yaxın günlərdə Azərbaycanda da başlanması gözlənilir. Vaksinnasiya könüllü olacaq.İnsanlarımızın hər biri bu peyvəndi vurdurmalıdır. Düzdür, ilkin etapda bu kütləvi olmayacaq. Müəyyən qrafik üzrə aparılacaq. İlk növbədə səhiyyə işçiləri və risk qrupunda olan insanlar vaksinnasiya olunacaq. Hər birimiz qoyulan qaydalara əməl etməli və vaksinasiya məsələsinə ciddi yanaşmalıyıq ki, bu, xəstəliyə qalib gələk".
18:09 / 14 Noyabr 2026
8
18:06 / 14 Noyabr 2026
289
18:03 / 14 Noyabr 2026
26
17:18 / 14 Noyabr 2026
120
17:15 / 14 Noyabr 2026
90
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
143
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
278
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
134
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
691
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
114
13:50 / 14 Noyabr 2026
3024
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
121
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.