Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentlə birinci xanım Teymur Rəcəbovu təbrik etdilər

Prezidentlə birinci xanım Teymur Rəcəbovu təbrik etdilər

CƏMİYYƏT

1735

03.01.2021, 23:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir: Əziz Teymur,
"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik. Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir. Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.