Kartofla bağlı mühüm AÇIQLAMA
14 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2368
03.01.2021, 23:30
17-19-ci əsrlər arası kəskin vitamin C çatışmazlığı nəticəsi olan Sinqa xəstəliyindən 1 milyondan çox dənizçi həlak olmuşdu. Damar divarlarının keçiriciliyinin yüksəlməsi, əsasən diş ətindən qanaxma ilə xarakterizə olunan bu xəstəliyin səbəbi uzun illər tapılmamış və əsasən pnevmoniya ilə ağırlaşdığına görə infeksion mənşəli olduğu düşünülmüşdür.
Yalnız 1932-ci ildə vit C-nin sinqaəleyhinə təsiri aşkarlanmışdır. Damarların vacib struktur komponenti olan kollagen sintezi məhz vit C iştirakı ilə getdiyindən onun qıtlığı bu simptomlara səbəb olmuşdur.
Daha sonra Vit C-nin tək kollagen sintezi deyil, həmçinin, başqa həyati vacib funksiyaların iştirakçısı olduğu məlum olmuşdur. Orqanizmdə ümumilikdə 150-dən çox metabolik funksiyada vacib rol oynayır. Onlardan biri də immun hüceyrələrin yaranması və optimal fəaliyyətidir.
Oxu24.com xəbər verir ki, dünyada tüğyan edən COVİD -19 infeksiyasının əsasən hava - damcı və səthlərlə təmas yol ilə yayılması virusun yayılmasını qarşısıalınmaz edib. Xüsusən də yanaşı xəstəlikləri olan insanlarda ciddi fəsadlarla (tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı) ağırlaşan, spesifik müalicə metodları olmayan infeksiyadan necə qorunmaq olar? Xəstəliklə mübarizədə ən doğru tədbir - orqanizmin özünün müdafiə qüvvələrinin gücləndirilməsidir.
Hazırda məlumdur ki, immun sisteminin viruslara qarşı muvafiq reaksiya verə bilməsi ücün orqanizmin vitamin C-nin yüksək konsentrasiyasına ehtiyacı var.
Bu məqsədlə pandemiya dövründə ABŞ-da, Finlandiyada, Çində, Türkiyədə virusla mübarizədə uğurlu nəticələr vermiş yüksəkdozalı Vitamin C tövsiyə olunur.
Yüksəkdozalı vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir.
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.