Meyiti tapılan tələbə bu rayondan İMİŞ -YENİ DETALLAR
14 Noyabr 2026, 20:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3244
01.01.2021, 23:00
Yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Mövcud vəziyyətlə əlaqədar daha çox parça və tibbi maskalara üstünlük verilir. Lakin mütəxəssislər parça maska taxmağı məsləhət görmürlər, çünki ondan mütəmadi istifadə zamanı virus materialın üzərində qalır.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Mətanət Cəfərova bununla bağlı deyib: "Parçada məsamələrin ölçüsü böyük olduğuna görə virus və bakteriyalar çox asanlıqla keçə bilir. Parça maskaların qalın və nazikliyindən asılı olmayaraq hətta onu iki-üç qat edib taxanda da viruslardan qorumur. Buna görə də həmin maskalardan istifadə etməmək məsləhətdir. Parça maskaları bir neçə dəfə yuyaraq istifadə etmək də tamamilə yanlışdır".
Rəngli maskalar isə dəri ilə təmas zamanı allergik reaksiyalara səbəb ola bilər. Ona görə də həkimlər tibbi maskadan istifadəni daha məqsədəuyğun hesab edirlər. Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nazilə Hüseynova deyib: "Cərrahi tibbi maskalarda xüsusi dənəciklər var və həmin dənəciklər virusların nəfəs borusuna keçməsinə imkan vermirlər. Parça maskalarda isə elə dənəciklər yoxdur. Ona görə də dönə-dönə qeyd edirik ki, cərrahi tibbi maskalardan istifadə edilsin, çünki koronavirusdan qorunmaq üçün onların faizi daha üstündür".
Sağlam insanların N95 maskasından istifadə etməsi də yanlışdır. Həmin maskaların ciddi fəsadlar yaratmaq ehtimalı var: "N95 maskalarının istifadəsi xüsusən xəstə ilə yaxın təmasda olanlar üçün optimal sayılır. Başqa halda gün ərzində N95 maskalarından istifadə etmək məsləhət deyil, çünki bu zaman nəfəs almaq çox çətindir və yarım saatdan sonra onun içərisində olan karbon-dioksidin miqdarı artmış olur və bu, ciddi problemlər yaradır".
Tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Birdəfəlik maskalardan təkrarən istifadə edilməsi yolverilməzdir, nəmli olduğu halda da yenisi ilə əvəz edilməlidir.
20:23 / 14 Noyabr 2026
1
19:54 / 14 Noyabr 2026
47
19:50 / 14 Noyabr 2026
58
19:36 / 14 Noyabr 2026
851
19:15 / 14 Noyabr 2026
94
19:12 / 14 Noyabr 2026
96
19:05 / 14 Noyabr 2026
95
18:50 / 14 Noyabr 2026
93
18:43 / 14 Noyabr 2026
109
18:21 / 14 Noyabr 2026
728
18:09 / 14 Noyabr 2026
122
18:06 / 14 Noyabr 2026
510
18:03 / 14 Noyabr 2026
103
17:18 / 14 Noyabr 2026
211
17:15 / 14 Noyabr 2026
120
16:20 / 14 Noyabr 2026
128
16:05 / 14 Noyabr 2026
179
15:45 / 14 Noyabr 2026
134
15:27 / 14 Noyabr 2026
309
15:25 / 14 Noyabr 2026
150
15:07 / 14 Noyabr 2026
318
15:05 / 14 Noyabr 2026
149
14:44 / 14 Noyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.