Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6641
31.12.2020, 23:30
“Bu, çox ciddi nüansdır. Sovet dövründəki rus hərbçiləriylə biz şərti olsa da, eyni bir - sosializm, kommunist ideologiyasına xidmət edirdik. Biz eyni ittifaqın tərkibində idik və bir-birimizə bir az isti münasibətlər vardı. Amma hazırkı Rusiya əsgəri şovinist dövlət rəhbərliyi tərəfindən Azərbaycana nifrətlə köklənmiş əsgərdir. Yəni indi artıq biz tamamilə fərqli bir ideologiyaya sahibik... Bu mənada düşünək; əgər o vaxt eyni ideologiyaya xidmət etdiyimiz sovet-rus hərbçisi bizə qarşı qırğınlar təşkil edirdisə, indi nələr baş verə bilər?.. Odur ki, belə nüansları açıqlamaq, nəzərə almaq və Ali Baş Komandanın başçılığıyla torpaqlarımızın xeyli hissəsinin azad olunmasına rəğmən yersiz eyforiyadan uzaq olmaq gərəkdir…”
Bu fikirləri 1988-1992-ci illərdə Laçında yaradılmış Müdafiə Komitəsinin rəhbəri, Ərazi Müdafiə taborunun və 811 saylı Laçın alayının komandiri, o dövrdə də ərazimizə yeridilmiş sovet-rus ordusu komandirləri ilə işgüzar ünsiyyət və qarşıdurmaların iştirakçısı olmuş ehtiyatda olan polkovnik Arif Paşa “Sizcə, indiki Rusiya sülhməramlıları o vaxtın guya sülh yaratmaq missiyalı sovet-rus hərbçiləri ilə siyasi-ideoloji baxımdan fərqlənirmi?” sualına cavab verərkən söyləyib.
“Təsəvvür edin ki, hazırda Laçın “dəhlizi” dedikləri ərazimizdə olan rus sülhməramlılar rayon mərkəzinin girişlərində postlar qurublar. Milli Ordumuzun bölmələri həmin postlardan keçəndə avtomobillərin üzərindəki Azərbaycanın dövlət bayrağını yığışdırmağa məcbur edilir. Təsəvvür edirsizmi, öz torpağımızda biz öz milli, dövlət bayrağımızı qaldıra bilmirik. Halbuki, Xankəndində - Azərbaycanın tarixi, hüquqi digər şəhərində Araikin başçılığıyla separatçı, terrorçu ermənilərin əski parçası küçələrdə addımbaşı, hər işıq dirəyindən asılıb. Laçında da Zabux kəndindəki körpünün Ermənistan istiqamətindəki başında asıblar... Üstəlik, Rusiya sülhməramlıları Xankəndində həmin erməni separatçıların əski parçaları altında onlarla müzakirələr aparır, məsələlər həll edirlər... Bu, şərəfsizliyin, həyasızlığın və özünə hörmətsizliyin ən böyük nümunəsidir... Rusiyanın missiyası bax, belədir, budur. Açıq-aşkar bəlli olur ki, Rusiya Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə iş aparır... Və bütün bu proseslər gələcəkdə Azərbaycanda yeni faciələrin baş verməsinə gətirib çıxara bilər. Xalqımız ayılmalıdır… Bizim babalarımız, atalarımız, ermənilərlə müharibələri gördü, özümüz gördük, indi bizim nəvə-nəticələrimiz də eyni taleyi yaşamalıdır?.. 44 günlük müzəffər savaşımızda olduğu kimi, yenidən birlik, həmrəylik nümayiş etdirərək əcnəbi bir dövlət qoşunlarının torpaqlarımızda özlərini işğalçı, hökmran bir qüvvə kimi aparmasına son qoymalıyıq” -deyə döyüşçü polkovnik vurğulayıb.
21:02 / 14 Noyabr 2026
1
20:56 / 14 Noyabr 2026
29
20:50 / 14 Noyabr 2026
39
20:38 / 14 Noyabr 2026
57
20:23 / 14 Noyabr 2026
518
19:54 / 14 Noyabr 2026
65
19:50 / 14 Noyabr 2026
69
19:36 / 14 Noyabr 2026
1217
19:15 / 14 Noyabr 2026
116
19:12 / 14 Noyabr 2026
109
19:05 / 14 Noyabr 2026
106
18:50 / 14 Noyabr 2026
110
18:43 / 14 Noyabr 2026
122
18:21 / 14 Noyabr 2026
804
18:09 / 14 Noyabr 2026
133
18:06 / 14 Noyabr 2026
550
18:03 / 14 Noyabr 2026
111
17:18 / 14 Noyabr 2026
223
17:15 / 14 Noyabr 2026
130
16:20 / 14 Noyabr 2026
135
16:05 / 14 Noyabr 2026
185
15:45 / 14 Noyabr 2026
139
15:27 / 14 Noyabr 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.