Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2598
31.12.2020, 19:25
Ötən gün sosial şəbəkələrdə erməni əsgərlərin növbəti vandalizmə əl atmaları ilə bağlı video yayılıb. Videoda erməni terrorçuları Azərbaycan əsgərinin nəşinin üzərinə benzin tökərək vəhşicəsinə yandırır. Bu hadisə azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb.
Ağ Partiyanın sədri Tural Abbaslı KONKRET.az-a erməni vandalların növbəti vəhşiliyi ilə bağlı kəskin mövqeyini bildirib: “Onlar əsgərimizin mübarək nəşini benzin tökərək yandırıblar. Kadrlardan da görünür ki, əsgərimizin nəşini yandıranlar heç də təsadüfi insanlar deyil, hərbçilərdir. Əyinlərində hərbi forma, əllərində də silah var. Bu o deməkdir ki, onlar nizami ordunun tərkib hissəsidir. Ona görə də biz bu məsələnin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər görməliyik.
Eyni zamanda, bu vəhşilərin tapılaraq cəzalandırılmasını dünya ictimaiyyətindən tələb etməliyik. Hansı ki, həmin ictimaiyyət qeyri-qanuni şəkildə, oğurluqla tikilmiş kilsənin divarının 3 kərpici düşdüyünə görə bizə sanksiya tətbiq etməyə hazırlaşırdı. İşğaldan azad edilmiş ərazilərimizdəki dırnaqarası kilsələrdən guya narahatlıq keçirən, ikiüzlülük sərgiləyən dövlətlərdən tələb etməliyik ki, erməni vandalların özlərinin çəkib yaydıqları videoya reaksiya versinlər. Eyni zamanda, mən yanında qardaşları, döyüş yoldaşları şəhid edilən oğullarımıza əsəblərini cilovlaya bilməyərək hansısa Aşotun və Vazgenin qəbir daşına təpik atdığına görə fəxrlə cinayət işi açan Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevə sual vermək istəyirəm ki, niyə bu vəhşiliyə görə ermənilərə cinayət işi açılmır?”.
Partiya sədri qeyd edib ki, belə məsələlərdə dünyanın xoşuna gəlməyə çalışmaq lazım deyil: “Çünki dünya çoxdan ədalət hissini itirib, düzgünlüyü maraqlarına qurban verib. Mən bir daha müvafiq orqanları, diaspor nümayəndələrini, Baş Prokurorluğu, Xarici İşlər Nazirliyini bu məsələyə ciddi yanaşmağa çağırıram. Bu video bizim erməni vəhşiliyini dünyaya çatdırmaq üçün fakt materialdır. O görüntülər bizim ermənilərlə birgə yaşaya bilməyəcəyimizin daha bir əyani sübutudur. Həmçinin, Baş Prokurorluğumuz üçün Azərbaycan vətəndaşına qarşı törədilən vəhşilikləri sübut edərək cinayət işi açmaq üçün dəlildir. Biz o dələduzların və şərəfsizlərin cəzalandırılmasını qarşı tərəfdən tələb etməliyik. Ən azı arada sülhməramlılar var.
Mən deyərdim ki, bəlkə də həmin ermənilər hələ də Qarabağ ərazisində yaşayan ermənilərdir, oradan getməyiblər. Onlar Rüstəm Muradovun gətirdiyi ermənilərin içərisində də ola bilərlər. Yəni biz vətəndaşlarımızın arxasında durduğumuzu bütün dünyaya nümayiş etdirməliyik”.

21:11 / 14 Noyabr 2026
36
21:04 / 14 Noyabr 2026
31
21:02 / 14 Noyabr 2026
56
20:56 / 14 Noyabr 2026
63
20:50 / 14 Noyabr 2026
73
20:38 / 14 Noyabr 2026
78
20:23 / 14 Noyabr 2026
670
19:54 / 14 Noyabr 2026
83
19:50 / 14 Noyabr 2026
88
19:36 / 14 Noyabr 2026
1353
19:15 / 14 Noyabr 2026
122
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
116
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
830
18:09 / 14 Noyabr 2026
137
18:06 / 14 Noyabr 2026
563
18:03 / 14 Noyabr 2026
114
17:18 / 14 Noyabr 2026
229
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.