27 mayla bağlı XƏBƏRDARLIQ
26 May 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
977
23.11.2020, 08:32
Mütəxəssislər gündəlik rasiona bir ovuc qara kişmiş əlavə etməyi məsləhət görürlər. Bu sadə məhsul qanı zərərli qatışıqlardan təmizləyir və qışda sağlamlığı qorumağa kömək edir.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, təbii antioksidləşdiricilərlə, dəmirlə zəngin olan bu sadə məhsul sağlamlıq üçün çox faydalıdır. O saçların uzanmasını tənzimləməkdən tutmuş, qanın təmizlənməsinədək bir sıra üstünlüklərə malikdir.
Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.
Saçların uzanmasını sürətləndirir. S vitamini ilə zəngin olan bu məhsul saçların kökünü bərkidir (müntəzəm istifadə edildikdə), onların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.
Sümükləri bərkidir. Bu sadə məhsulun sümükləri bərkidən kalium və kalsiumla zəngin olması osteoporozun inkişafını dayandırmağa kömək edir.
Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki "pis xolesterinin" dərəcəsini azalda bilməsi hipertoniya və ürək xəstəliklərinin qarşısını alır.
Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.
Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.
12:14 / 26 May 2026
1
12:13 / 26 May 2026
10
12:11 / 26 May 2026
14
12:09 / 26 May 2026
35
12:04 / 26 May 2026
54
12:02 / 26 May 2026
49
12:02 / 26 May 2026
42
12:01 / 26 May 2026
46
11:50 / 26 May 2026
51
11:49 / 26 May 2026
43
11:37 / 26 May 2026
56
11:30 / 26 May 2026
68
11:21 / 26 May 2026
64
11:20 / 26 May 2026
68
11:17 / 26 May 2026
66
10:56 / 26 May 2026
216
10:55 / 26 May 2026
73
10:50 / 26 May 2026
78
10:40 / 26 May 2026
319
10:35 / 26 May 2026
87
10:33 / 26 May 2026
74
10:16 / 26 May 2026
539
10:12 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.