Xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatı keçirilib
26 May 2026, 09:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
21.11.2020, 20:45
Qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı qidalanmaq lazımdır.
Oxu24.com bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi immun sistemini zəiflədən faktorlardan bəhs edən məlumat yayıb.
Məlumatda bildirilir ki, həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktorlardandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə leykositlər bədənə daxil olan bakteriya və virusların, sadəcə 50 faizini təsirsiz hala gətirə bilir.
Mütəxəssislər orta yaşlı şəxsin gündəlik 30 qramadək şəkər istehlakını tövsiyə edirlər. Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə artıq çəki və diabetin yaranmasına səbəb olur. Tez-tez aclıq, səbəbsiz davamlı yorğunluq, yaraların gec sağalması, diş çürüməsi, ağız boşluğunun quruması, sidik yollarının infeksiyası, ağızda və dildə ağ ərp formalaşması, quru dəri, konsentrasiyada çətinlik artıq şəkər istehlakı nəticəsində formalaşan fəsadlardandır. Tərkibində həddindən çox şəkər olan məhsulların istehlakı da gündəlik kalori qəbulunu artırır ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərin risk faktorlarından sayılır.
Şəkər istehlakını məhdudlaşdırmaq üçün qablaşdırılan məhsulların tərkibini diqqətlə oxumaq lazımdır. Məhsullarda fruktoza, laktoza, saxaroza, maltoza, qlükoza və dekstroza kimi elementlərin miqdarı nəzərə alınmalıdır. Şəkər, şokolad, şərbət və şirniyyatların əvəzinə meyvələrə, yəni təbii şəkər qaynağına üstünlük verilməlidir.
İnsan orqanizminə lazım olan enerji gündəlik qəbul edilən qida məhsulları ilə ödənilir. Təbii ki, sağlam və keyfiyyətli qida orqanizmimiz üçün enerji mənbəyi ola bilər. Meyvə və tərəvəzlərə üstünlük verməklə immun sistemimizi gücləndirə, orqanizmimizin infeksiya törədicilərinə qarşı dözümlülüyünü, müdafiəsini artıra bilərik.
10:04 / 26 May 2026
1
09:53 / 26 May 2026
43
09:47 / 26 May 2026
31
09:46 / 26 May 2026
54
09:45 / 26 May 2026
48
09:36 / 26 May 2026
156
09:31 / 26 May 2026
41
09:27 / 26 May 2026
97
09:23 / 26 May 2026
94
09:19 / 26 May 2026
47
09:17 / 26 May 2026
53
09:08 / 26 May 2026
77
08:57 / 26 May 2026
347
08:54 / 26 May 2026
65
08:52 / 26 May 2026
57
08:25 / 26 May 2026
149
08:24 / 26 May 2026
156
08:07 / 26 May 2026
70
00:45 / 26 May 2026
125
00:09 / 26 May 2026
168
00:04 / 26 May 2026
360
23:56 / 25 May 2026
649
23:50 / 25 May 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.