Zöhrə İsmayılova adlı xanım sosial şəbəkələrdə diqqəti öz üzərinə cəlb edə bilib.
AZXEBER.COM xəbər verir ki, Zöhrə İsmayılova bir neçə il öncə Bakı Dövlət Universitetinə qəbul olub. Burada bir neçə il oxuyan Zöhrə daha sonra təhsilini yarımçıq qoyub və yenidən ali məktəbə imtahan vermək qərarına gəlib.
Növbəti qəbul imtahanında o 616 bal toplayıb. Ancaq bu dəfə də istədiyi ixtisasa qəbul olmadığı üçün universitetdə oxumaqdan imtina edib.
Zöhrə ötən ilki qəbul imtahanında 686 bal toplayaraq UFAZ-a (Azərbaycan - Fransa universiteti) qəbul olub. Burada bir neçə ay təhsil alan Zöhrə yenə də ənənəsinə sadiq qalaraq, universiteti yarımçıq tərk edib.
Bu il yenidən imtahan qatılan İsmayılova ilk imtahandan 650. ikincidən isə 675 bal toplayıb.
Yaxınların dediyinə görə, Zöhrənin ən böyük məqsədi 700 bal toplamaq olub.
Onun bu dəfə hansı addım atacağı və hara qəbul olunacağı məlum deyil. Oxu24.com
ŞƏRHLƏR