Sumqayıt-Novxanı yolunda sərnişin avtobusunda tüstülənmə - Video
16 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
06.10.2020, 23:58
Qoç - indi məntiqi davranmalısınız. Təbii materiallarla çalışmaqda xeyir var. Yaradıcılıq potensialınızın səviyyəsini artırın. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə aparan yoldan sapmayın.
Buğa - tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın. Əks təqdirdə çox tez yorulacaqsınız. Çoxdan yaranmış və hələ də həllini gözləyən problemlərin hamısını bu gün çözməyə can atmayın. Rutin və cansıxıcı işlərdən bəzilərini təxirə salmaq olar. Buna ehtiyac var, çünki önəmli işlə məşğul olmaq gərəkdir.
Əkizlər - planları reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanların tələblərinə və iradlarına fikir verməyərək mühüm saydığınız məsələnin çözümü ilə məşğul olun. İntuisiyanızın səsinə qulaq asın. Alış-verişdə bədxərclik etməyin. Qənaətlə davranın.
Xərçəng - sizdən güclü insanlarla mübahisə etməyin. Tərəddüd etməyin. Kompromisslərə meylli olun, münaqişələrə səbəb yaratmayın. Ciddi məsələlərin həlli və ya müzakirəsini ertələyin. Bir qədər rahat çalışın. Səbrli, soyuqqanlı olun.
Şir - istirahət edin, qüvvələrinizin bərpası ilə məşğul olun. Bilik və bacarıqların artırılması, yaradıcılıq məşğuliyyəti üçün əlverişli zamandır. Təcrübəli insanlarla ünsiyyətdə olun.
Qız - özünütənqiddə ifrata varmayın. Situasiyada müsbət təmayülərin təsiri artır. Dürüst taktika seçsəniz, problemləri həll edə bilərsiniz.
Tərəzi - həftə ərzində yaranan və formalaşan problemlərin həlli üçün münasib zamandır. Həmin çətinliklər həllini tapmayınca, çözüm ertələnincə işlərdə irəliləyişlər barədə düşünməyin. Süst və tənbəl olsanız, sonuclar sizi təəssüfləndirə bilər.
Əqrəb - fiziki işlə məşğul olmağı unutmayın. Əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana bilər. Dil tapmaq çətinləşir. Süni inciklik, boş məsələlərə görə inciklik yarana bilər. Sakit və soyuqqanlı olun. Emosiyaların əsirinə çevrilsəniz, onsuz da, birmənalı olmayan situasiya daha da ağırlaşa bilər.
Oxatan - problemlər az deyil. Ruhdan düşməyin, əsla geri çəkilməyin. Saatlar ötdükcə çətinliklərin öhdəsindən tədricən gələcəksiniz. Sizi sevindirəcək xəbərlər alacaqsınız. Gözlədiyiniz səfərə yollana bilərsiniz.
Oğlaq - emosional durumunuza nəzarət edin. Ev işləri, ailə qayğıları ilə məşğul olmağı unutmayın. Çətinlikləri aradan qaldırarkən qeryi-trivial yolları seçə bilərsiniz. Təxəyyülü işə salın.
Dolça - həddən artıq nikbinliyə qapılmayın. Eyforiyadan uzaq olun. Adi, ciddi olayların yaşanmayacağı gündür. Gərəkli işləri görün, rutin məsələlərlə məşğul olun. Hisslərinə qiymət verdiyiniz insana zəng vurun, onunla əlaqə saxlayın.
Balıqlar - fəaliyyət ortamını dəyişə bilərsiniz. Şəraitdəki fərq yaşanan proseslərə müsbət təsir edəcək. Peşəkar fəaliyyətlə bağlı və ya önəmli saydığınız məsələ barədə maraqlı ideya yarana bilər. Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
11:20 / 16 Noyabr 2026
5
11:11 / 16 Noyabr 2026
36
11:06 / 16 Noyabr 2026
37
11:01 / 16 Noyabr 2026
45
10:57 / 16 Noyabr 2026
69
10:46 / 16 Noyabr 2026
52
10:41 / 16 Noyabr 2026
84
10:40 / 16 Noyabr 2026
90
10:37 / 16 Noyabr 2026
72
10:23 / 16 Noyabr 2026
76
10:04 / 16 Noyabr 2026
65
09:57 / 16 Noyabr 2026
103
09:47 / 16 Noyabr 2026
106
09:32 / 16 Noyabr 2026
74
08:54 / 16 Noyabr 2026
115
08:45 / 16 Noyabr 2026
118
08:42 / 16 Noyabr 2026
469
08:32 / 16 Noyabr 2026
114
08:21 / 16 Noyabr 2026
123
08:01 / 16 Noyabr 2026
120
00:08 / 16 Noyabr 2026
229
23:41 / 15 Noyabr 2026
248
23:35 / 15 Noyabr 2026
414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.