Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
16 Noyabr 2026, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
962
01.10.2020, 23:39
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu “Guardian” nəşrinə cavab məktubu ünvanlayıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, “Dağlıq Qarabağ Azərbaycana məxsusdur” başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı “Guardian”da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.
“27 sentyabr tarixində yayımlanmış “Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü” başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.
Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.
Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır”, - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.
12:49 / 16 Noyabr 2026
1
12:44 / 16 Noyabr 2026
59
12:42 / 16 Noyabr 2026
36
12:36 / 16 Noyabr 2026
53
12:32 / 16 Noyabr 2026
49
12:27 / 16 Noyabr 2026
73
12:18 / 16 Noyabr 2026
329
12:16 / 16 Noyabr 2026
74
12:12 / 16 Noyabr 2026
86
12:08 / 16 Noyabr 2026
95
12:04 / 16 Noyabr 2026
431
12:03 / 16 Noyabr 2026
69
11:58 / 16 Noyabr 2026
74
11:51 / 16 Noyabr 2026
123
11:44 / 16 Noyabr 2026
97
11:40 / 16 Noyabr 2026
83
11:33 / 16 Noyabr 2026
84
11:26 / 16 Noyabr 2026
110
11:20 / 16 Noyabr 2026
89
11:11 / 16 Noyabr 2026
90
11:06 / 16 Noyabr 2026
94
11:01 / 16 Noyabr 2026
92
10:57 / 16 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.